Hazır onlayn biznes satılır (WEB + Mobil App)

BİZNESİN SATIŞI
Qiymət : 8 000,00 ₼
İşçilərin sayı : 5
Quruldu : 18.10.2018
: 500
: Bakı
: https://ereklam.az
Əlaqə
Mirhüseyn Qurbanlı

"eReklam" layihəsi satılır. Hal-hazırda onlayn biznes qurmaq istəyənlər üçün hazır qurulmuş onlayn biznes satılır.

eReklam mobil tətbiqi Azərbaycanda öz xüsusiyyətinə görə yaradılmış ilk birbaşa reklam mobil tətbiqdir. Bu mobil tətbiqin məqsədi reklam verənlər üçün daha keyfiyyətli və effektiv reklamı sərfəli qiymətlərlə daha çox insanlara çatdırmaq, reklam alanlar üçün isə baxdıqları reklama görə əlavə gəlir qazandırmaqdır.

eReklam mobil tətbiqinin təklif etdiyi reklam son dövrlərdə marketoloqların istifadə etdiyi ən effektiv, keyfiyyətli və sərfəli reklam növüdür. eReklam mobil tətbiqi ilə məhsul, iş, xidmət və s. ilə bağlı olan reklamları birbaşa olaraq istifadəçilərin mobil telefonunda göndərməklə daha yüksək satış həcminə nail olmaq olar.

"eReklam" layihəsi özündə çoxlu funksionallıqları, istifadəçi üçün rahat interfeysi olan Websayt, Android və iOS platformalı mobil əlavələri, partnyorluq sistemi olan "biznes ereklam" platformasını birləşdirir.

Hal-hazırda mobil əlavəni Google Play Store və App Storedən ümumilikdə 20.000-ə yaxın insan yükləyib, qeydiyyatdan keçmişdir.

eReklam layihəsi ümumilikdə aşağıdakı platformaları əhatə edir. 
1. "eReklam" WEB saytı 
2. "eReklam" android mobil əlavəsi 
3. "eReklam" iOS mobil əlavəsi 
4. "biznes ereklam" partnyorluq sistemi

"eReklam.az" layihəsində onlayn biznes üçün lazım olan bütün funksionallıqlar qurulmuşdur. Əlavə heç bir xərcə ehtiyac yoxdur. Sadəcə olaraq layihəyə sahib olub, aylıq yüksək gəlirə sahib ola bilərsiniz. 

Bu onlayn biznes layihəsinə sahib olmaq istəyən və maraqlanan şəxslər aşağıdakı əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qiyməti: 8000 AZN