MYTENDER.AZ - elektron satın-alma platforması

STARTAPLAR
Qiymət : Razılaşma yolu ilə
:
Əlaqə
Admin

MYTENDER.AZ satınalmalar sahəsində etibarlı və keyfiyyətli xidmətlərin göstərilməsinə istiqamətlənmiş B2B (business-to-business) seqmentində sahibkarlıq fəaliyyətinin aparılması üçün praktiki və kompleks həllərdən ibarət platformadır.

İnformasiya və rəqəmsal texnologiyaların inkişafının ən zirvə nöqtəsində dünyanın bir çox ölkələrinin iqtisadiyyatı da daxil olmaqla insan fəaliyyətinin bütün sferalarında sahibkarlığa aid şəffaf, etibarlı və keyfiyyətli xidmətlərin istifadəsi və təqdim edilməsi daha çox aktual olur. Burada xüsusi rolu bugünkü iqtisadiyyatın müxtəlif seqmentlərinin rəqəmsallaşdırılması tendensiyası oynayır. Platformanın məqsədi ticarət əlaqələrinin maksimal şəffaflığının əldə edilməsidir.

MYTENDER.AZ - qarşılıqlı faydalı və uğurlu biznesin aparılmasında bir-birinə katalizator olacaq sahibkarlar üçün nəzərdə tutulmuş platformadır. Bu platforma ticarət və bazar münasibətlərinin təşviq edilməsi, həyata keçirilməsi və inkişaf etdirilməsi imkanlarının təmin edilməsi üzrə bir növ körpü olacaqdır.

“Şəffaflığa doğru yol” - bizim əsas şüarımızdır!